BMT nümayəndəsi: Çalışırıq ki, Qarabağda, kənd yerlərində qadın mərkəzləri açaq

BMT nümayəndəsi: Çalışırıq ki, Qarabağda, kənd yerlərində qadın mərkəzləri açaq

Biz təcrübədə görürük ki, başlanılmış layihələr sonradan agentliklər tərəfindən də davam etdirilir.

APA xəbər verir ki, bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo deyib. O bildirib ki, aparılan işlər nəticəsində 2023-cü ildə qadın resurs mərkəzləri genişləndirilib:

"Hazırda belə 15 mərkəz fəaliyyət göstərir. Biz çalışırıq ki, Qarabağda, kənd yerlərində qadın mərkəzləri açaq, özünü doğrultmuş sistemi genişləndirək. Düşünürəm ki, 2024-cü ildə nəticəni artıracağıq. Gənclərin təhsillə təmin olunması, təhsil mərhələsindən sonra fəaliyyətlərlə məşğul olması təmin olunsun. Onlarda əlavə bacarıqlar formalaşdıraq ki, fərd olaraq cəmiyyətdə özlərinə yer tuta bilsinlər. Eyni zamanda, peşə təhsili ilə bağlı dəstəyin davam etdirilməsi çox vacibdir. Biz çalışırıq ki, ölkənin bütün yerlərində kənd təsərrüfatı ilə məşğul olanların gəlirlərinin artırılmasına dəstək olaq".

O çıxışı zamanı bildirib ki, Azərbaycan hökümətinə dəstəklərink davam etdirəcəklər.