“Boeing” F/A-18 “Hornet” qırıcılarının istehsalını dayandırır

“Boeing” F/A-18 “Hornet” qırıcılarının istehsalını dayandırır

ABŞ-ın aviasiya nəhəngi “Boeing” çoxməqsədli F/A-18 “Hornet” qırıcılarının istehsalını dayandırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yayımlanıb.

Qeyd olunur ki, sözügedən təyyarələr 2027-ci ildən etibarən, artıq istehsal edilməyəcək.

Məlumata görə, “Boeing” F/A-18 “Hornet” qırıcılarının istehsalı üçün son olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrindən (HDQ) 1,3 milyard dollar dəyərində (17 təyyarə) sifariş alıb.