Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 18-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

“Birxeber.Az” nazirliyə istinadən məlumat verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula aprelin 17-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin (010) 250-48-48 və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.