Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib

Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti COP27-nin Xüsusi Nümayəndəsi Və Əbu Məcd və COP27-nin Baş Danışıqçısı Mohamed Nasr ilə Qahirədə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər COP29-a hazırlıqları müzakirə ediblər.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.