Son 3 ayda 24 mindən çox şəxsə uşağın anadan olmasına görə ödəniş edilib

Son 3 ayda 24 mindən çox şəxsə uşağın anadan olmasına görə ödəniş edilib

2024-cü ilin yanvar-mart ayları ərzində 24 564 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.

Fonddan APA-ya verilən xəbərə görə, dünyaya gələn uşaqların 11 592 nəfəri qız, 12 972 nəfəri isə oğlandır.