Mərkəz direktoru: Bu gün Azərbaycana yaxın, qonşu olan dövlətlər BRICS-ə üzvlükdə maraqlıdırlar

Mərkəz direktoru: Bu gün Azərbaycana yaxın, qonşu olan dövlətlər BRICS-ə üzvlükdə maraqlıdırlar

Bu gün Azərbaycana yaxın, qonşu olan dövlətlər BRICS-ə üzvlükdə maraqlıdırlar.

“Birxeber.Az” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, BRICS şura, məsləhətləşmələr səviyyəsində bir təşkilatdır:

"Bu gün genişlənmə Avstraliyadan başqa bütün dövlətləri əhatə edir. Artıq Qərbin də bu genişlənməyə reaksiyası mövcuddur. Hazırda 16 ölkə BRICS+ sammiti ilə maraqlanır və iclasda iştirak etmək istəyir. Onlar arasında Əlcəzair, Qazaxıstan, Vyetnam, Pakistan kimi dövlətlər də var. Xüsusilə Pakistan və Qazaxıstan diqqətimizi daha çox çəkir. Görünür, Azərbaycana yaxın, qonşu olan dövlətlər də bu təşkilata üzvlükdə maraqlıdırlar. Çünki BRICS-in ən yaxşı xüsusiyyəti məhdudiyyət tətbiq etməməsidir. Lakin öhdəlikləri hələ ki zəifdir”.

Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.