Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyi "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısını müəyyən edib.

"Birxeber.Az" xəbər verir ki, siyahı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq razılaşdırılıb.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizinin ali təhsilin magistratura səviyyəsini əhatə edəcəyi də nəzərə alınaraq, müvafiq siyahı 15 prioritet ixtisas sahəsi (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) üzrə dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3 551 magistratura olmaqla, ümumilikdə 4 126 təhsil proqramını əhatə edir.

Müvafiq siyahıda bakalavriat təhsil səviyyəsi üzrə yer alan ümumilikdə 575 proqramın 33 faizini fundamental və tətbiqi elmlər, 22 faizini mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə isə 3 551 proqram arasında fundamental və tətbiqi elmlər (24%), mühəndislik (19%), informasiya texnologiyaları (12%) və statistika və verilənlərin təhlili (10%) üstünlük təşkil edir.

Qeyd edək ki, sözügedən siyahıda bakalavriat təhsil səviyyəsi üzrə informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, energetika, aviasiya və kosmos, arxitektura və dizayn, iqtisadiyyat və kənd təsərrüfatı ixtisas sahələri üzrə proqramlar yer alır.

Magistratura təhsil səviyyəsində isə Dövlət Proqramının bütün prioritet ixtisas sahələrinə aid proqramlar üzrə təhsil almaq mümkündür.

Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür.

Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədlərini əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.

Müsabiqə barədə ictimaiyyətə məlumat veriləcək.

Elm və təhsil Elm və təhsil
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilib - YENİLƏNİB

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilib - YENİLƏNİB

Elm və təhsil Elm və təhsil
DİM: Səkkiz abituriyent və bir nəzarətçi imtahandan xaric olunub

DİM: Səkkiz abituriyent və bir nəzarətçi imtahandan xaric olunub

Elm və təhsil Elm və təhsil
Babək Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib - FOTO

Babək Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib - FOTO

Elm və təhsil Elm və təhsil
Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq vaxt açıqlanıb

Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq vaxt açıqlanıb

Elm və təhsil Elm və təhsil
Yaxın üç gündə Günəş küləyi sürətinin artacağı gözlənilir

Yaxın üç gündə Günəş küləyi sürətinin artacağı gözlənilir

Elm və təhsil Elm və təhsil
Elm və Təhsil Nazirliyi yeni elektron xidməti istifadəyə verib

Elm və Təhsil Nazirliyi yeni elektron xidməti istifadəyə verib

Elm və təhsil Elm və təhsil
Mixalko: “Qadınlara hər cür imkanların yaradıldığı cəmiyyət hərtərəfli inkişaf edəcək”

Mixalko: “Qadınlara hər cür imkanların yaradıldığı cəmiyyət hərtərəfli inkişaf edəcək”

Elm və təhsil Elm və təhsil
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun strukturunda dəyişiklik edilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun strukturunda dəyişiklik edilib

Elm və təhsil Elm və təhsil
İmtahanın nəticələri açıqlanıb, 55 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək

İmtahanın nəticələri açıqlanıb, 55 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək

Elm və təhsil Elm və təhsil
Təhsil İnstitutunun direktoru: "Üç istiqamətdə islahatlar gedir"

Təhsil İnstitutunun direktoru: "Üç istiqamətdə islahatlar gedir"

Elm və təhsil Elm və təhsil
Aprelin 16-da 48 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 16-da 48 mindən çox şagird buraxılış imtahanı verəcək

Elm və təhsil Elm və təhsil
Kolleclərin boş yerlərinə qəbulun nəticələri açıqlanıb

Kolleclərin boş yerlərinə qəbulun nəticələri açıqlanıb