AKF-nin vitse-prezidenti Dünya Karate Federasiyasının rəhbəri ilə görüşüb

AKF-nin vitse-prezidenti Dünya Karate Federasiyasının rəhbəri ilə görüşüb

Fransada səfərdə olan Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosa və Avropa Karate Federasiyasının baş katibi Davor Çipeklə görüşüblər.

Bu barədə “Report”a federasiyadan bildirilib.

Rəsmi, işgüzar şəraitdə keçən görüşdə AKF-nin fəaliyyəti və gələcək planları ilə bağlı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.