Pakistanda partlayış törədilib, ölən və yaralananlar var

Pakistanda partlayış törədilib, ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətində patlayıcı yüklü motosikletin partladılması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Bu barədə “Birxeber.Az” yerli polisə istinadən xəbər verir.

Polis rəsmisi Məhəmməd Arif Zarkon Kuzdar şəhərində baş verdiyini, yaralılar arasında bir qadın və iki polis əməkdaşının olduğunu bildirib.

Yerli mətbuat partlayışın hücum olduğunu xəbər verib.

İslamabadda yerləşən Tədqiqat və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aprelin 1-də dərc etdiyi hesabata görə, 2024-cü ilin birinci rübündə ölkə daxilində ən çox terror hadisəsi baş verən əyalətlər Bəlucistan və Xayber Paxtunxva olub.

Hesabata görə, bu ilin birinci rübündə Hayber Paxtunxva və Bəlucistanda törədilən 200 terror aktında 281 mülki şəxs və təhlükəsizlik işçisi həyatını itirib. Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi 48 antiterror əməliyyatında 151 yaraqlı zərərsizləşdirilib.