Azərbaycan Prezidenti Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Xristos Kapodistrias etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin ölkələrimizi birləşdirdiyini və bütöv bir regionun inkişafına töhfə verdiyini, ümumi maraq kəsb edən layihə olduğunu bildirib. Həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını qeyd edib.

Prezident İlham Əliyev Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Səfir Xristos Kapodistrias Azərbaycanda fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Diplomat xüsusilə elm, təhsil, mədəniyyət, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı məsələlərinə də toxunulub, Yunanıstanın Azərbaycanın hər iki təsisatla əlaqələrinin genişləndirilməsini dəstəklədiyi qeyd olunub.

Söhbət zamanı regional məsələlərə toxunularaq, Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr haqqında məlumat verilib, yolun guya bağlı olması barədə Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu bildirilib.

Dövlət başçısı qeyd edib ki, dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki şəxslərin və mülki yüklərin, 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yolla hər iki istiqamətdə hərəkəti təmin olunub.

11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev: “Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir”

Hikmət Hacıyev: “Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir”

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Cozep Borellə bölgədə cari vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Cozep Borellə bölgədə cari vəziyyəti müzakirə edib

Xarici siyasət Xarici siyasət
Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Xarici siyasət Xarici siyasət
XİN: "Beynəlxalq ictimaiyyəti Ermənistanın minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq"

XİN: "Beynəlxalq ictimaiyyəti Ermənistanın minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb

Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb

Xarici siyasət Xarici siyasət
Mixail Şvıdkoy: "Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam"

Mixail Şvıdkoy: "Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam"

Xarici siyasət Xarici siyasət
Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN İsraili təbrik edib

Azərbaycan XİN İsraili təbrik edib

Xarici siyasət Xarici siyasət
Kreml Azərbaycan və Ermənistana çağırış edib

Kreml Azərbaycan və Ermənistana çağırış edib

Xarici siyasət Xarici siyasət
Politoloq: “Rəsmi Parisin məqsədi Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq deyil”

Politoloq: “Rəsmi Parisin məqsədi Cənubi Qafqazda vəziyyəti normallaşdırmaq deyil”

Xarici siyasət Xarici siyasət
Ekspert: “Bakı-Tbilisi-Qars” dəmir yolu Avropa və Asiya arasında birləşdirici körpüdür”

Ekspert: “Bakı-Tbilisi-Qars” dəmir yolu Avropa və Asiya arasında birləşdirici körpüdür”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - YENİLƏNİB