Britaniya və Fransa XİN: Ukraynanın Rusiyaya məğlubiyyəti Qərbin adına yazılacaq

Britaniya və Fransa XİN: Ukraynanın Rusiyaya məğlubiyyəti Qərbin adına yazılacaq

Ukraynanın Rusiya ilə müharibəki məğlubiyyəti Qərbin adına yazılacaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın və Fransanın xarici işlər nazirləri Devid Kemeronla Stefan Sejournenin “Telegraphy” qəzetinə yazdığı məqalədə bildirilib.

“İkimiz də çox açıq deyirik: Ukrayna bu müharibədə qalib gəlməlidir. Əgər Ukrayna uduzarsa, hamımız uduzacağıq”, - iki ölkənin xarici işlər nazirləri bildirib.

Kameronla Sejourne həmçinin bildiriblər ki, Fransa və Britaniya Avropa Siyasi Birliyinin iyulda keçiriləcək sammitində Kiyevə “sarsılmaz” dəstəyini bir daha təsdiq edəcəklər.

Nazirlərin fikrincə, Qərb ölkələri Rusiyanı məğlub etmək üçün çox şey etməlidir.