Bakıda kişi çayxanada bıçaqlanıb

Bakıda kişi çayxanada bıçaqlanıb

Bakının Suraxanı rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Məmmədov Rəfael Məmmədağa oğlu çay evində dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.