Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

“Birxeber.Az” xəbər verir ki, fərdi kumite yarışında idmançılarımızdan Əminağa Quliyev (60 kq) qızıl, Hüseyn Məmmədli (67 kq) və Murad Hacızadə (84 kq) isə bürünc medala sahib olublar.

Kata yarışında Ramilə Heydərova gümüş medala layiq görülüb.