Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub

Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub

Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.