Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur - TƏFƏRRÜAT

Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur - TƏFƏRRÜAT

Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Birxeber.Az"un Muğan bürosunun əldə etdiyi məlumata görə, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.

Belə ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş İxtiyar oğlunun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şikarova Mehparə Cahangir qızının meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıblar.

Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.

Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.

Hadisə ilə bağlı rayon Cəlilabad rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

20:10

Cəlilabad şəhəri, Ş.İ.Xətai küçəsində fərdi yaşayış evində meyitləri tapılan ər və arvadın şəxsiyyətləri məlum olub.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, onlar rayon sakinləri, 1963-cü il təvəllüdlü Ağadadaş Şikarov və 1977-ci il təvəllüdlü Mehbarə Şikarovadır.

Meyitlər müayinə olunmaları üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Onların dəm qazından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

18:40

Cəlilabad rayonunda fərdi yaşayış evindən ər və arvadın meyitləri aşkar edilib.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, onların dəm qazından öldüyü ehtimal olunur.

Hadisənin təfərrüatı və onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.