Cəlilabadda evdən meyiti tapılan ər və arvadın kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda evdən meyiti tapılan ər və arvadın kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda evdən meyiti tapılan ər və arvadın kimliyi məlum olub.

Birxeber.Az-nın Cənub bürosunun verdiyi xəbərə görə, meyitlər Cəlilabad şəhərində Mizrzə Fətəli Axundov küçəsindəki fərdi yaşayış evində aşakarlanıb.

Şəxsiyyəti məlum olanlar Cəlilabad rayon sakinləri, 1963-cü il təvəllüdlü Ağadadaş Şikarov və 1977-ci il təvəllüdlü Mehbarə Şikarovadır.

Ər-arvadın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 18:48

Cəlilabadda ailə üzvlərinin meyitləri tapılıb.

Birxeber.Az-nın Cənub bürosunun verdiyi xəbərə görə, ər və arvadın meyiti Cəlilabad şəhərində, fərdi yaşayış evlərin birində tapılıb.

İlkin ehtimala görə onların dəm qazından ölməsi ehtimal olunur.

Hazırda hadisənin təfərrüatları və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.