KİV: İsrail və HƏMAS arasında danışıqlarda irəliləyiş var

KİV: İsrail və HƏMAS arasında danışıqlarda irəliləyiş var

ABŞ-dən olan vasitəçilər İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında aparılan danışıqlarda Qəzza zolağında hərbi əməliyyatların müvəqqəti dayandırlması ilə bağlı irəliləyiş əldə edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb.

Vasitəçilər yüzdən çox girovun azad edilməsi müqabilində HƏMAS-a qarşı hərbi əməliyyatların iki ay müddətinə dayandırılması imkanını müzakirə edirlər.

Hələ bağlanmamış müqavilənin yeni şərtləri iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə hərbi əməliyyatlar dayandırılacaq ki, bu da HƏMAS-a qadınları, qocaları və yaralı girovları azad etməyə imkan verəcək.

Sonra bir aylıq fasilə zamanı İsrail əsgərləri və mülki şəxslər azad ediləcək. Yeni razılaşmada İsraildən Qəzzaya böyük miqdarda humanitar yardımın çatdırılmasına icazə verilməsi tələb olunur.