Qırğızıstan daşqınlardan zərər çəkmiş Qazaxıstana 300 ton humanitar yardım göndərib

Qırğızıstan daşqınlardan zərər çəkmiş Qazaxıstana 300 ton humanitar yardım göndərib

Qırğızıstan daşqınlardan zərər çəkmiş Qazaxıstan əhalisinə 300 ton humanitar yardım çatdıracaq.

“Report” bu barədə “Kazinform”a istinadən xəbər verir.

Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi humanitar yükə günəbaxan yağı, qənd, düyü, makaron və qənnadı məmulatları, həmçinin döşəklər, paltarlar və çadırlar daxildir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqından zərər çəkmiş rayonlar üçün nəzərdə tutulan humanitar yardım artıq ölkəyə çatıb.

Yardımın Atırau, Aktobe, Qərbi Qazaxıstan və Kostanay vilayətlərinin sakinləri arasında bölüşdürüləcək.

Prezident Kasım-Jomart Tokayev davam edən təbii fəlakət zamanı göstərdikləri səxavətli köməyə görə qırğız həmkarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Qazaxıstanın Rusiya ilə həmsərhəd olan şimal və qərb rayonları daşqınlarla üzləşib. Bununla əlaqədar bir çox yerlərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.