Gürcüstanda 860 mindən çox şəxsin kimliyini təsdiq edən sənədi yoxdur

Gürcüstanda 860 mindən çox şəxsin kimliyini təsdiq edən sənədi yoxdur

Gürcüstanda 860 918 nəfərin şəxsiyyətini təsdiq edən sənədi yoxdur.

“Report” “InterPress.ge”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi parlamentin deputatı Tina Bokuçavanın sorğusuna cavabında bildirib.

Qeyd olunub ki, 18 mart 2024-cü il tarixinə olan vəziyyətə görə, ümumilikdə 3 milyon 138 min 447 nəfərin aktiv elektron şəxsiyyət vəsiqəsi var, 402 min 347 nəfərin isə Gürcüstan vətəndaşı pasportu olsa da, şəxsiyyətini təsdiq edəcək başqa sənədi yoxdur. Nə Gürcüstan vətəndaşı pasportu, nə elektron şəxsiyyət vəsiqəsi, nə də qeyri-elektron şəxsiyyət vəsiqəsi olan vətəndaşların sayı isə 860 918 nəfərdir ki, onlardan 169 531-i böyüklər, 691 387-si isə həddi-büluğa çatmamış şəxslərdir.

Bundan başqa, agentliyin məlumatına görə, 210 153 Gürcüstan vətəndaşının qeyri-elektron şəxsiyyət vəsiqəsi var, amma Gürcüstan vətəndaşı pasportu yoxdur.