Ukrayna hakimiyyətində istefaların səbəbi açıqlanıb

Ukrayna hakimiyyətində istefaların səbəbi açıqlanıb

"Ukraynanın dövlət strukturlarındakı son istefalarda hər bir konkert halın səbəbləri və motivasiyası var".

Bunu "Birxeber.Az"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fyodor Venislavski bildirib.

"Məsələn, Ukrayna Prezidenti Ofisinin bəzi məsləhətçiləri bəyanatlar verən zaman, təəssüf ki, bəzən rəsmi hakimiyyətin mövqeyini deyil, öz fikirlərini bildirirdilər. Əgər kimsə hakimiyyətin sözçüsüdürsə, öz təxəyyüllərinin məhsulu olan fikirləri deyil, hər hansı hadisə ilə bağlı rəsmi olaraq təsdiqlənən məlumatları səsləndirməlidir. Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalovun istefasına gəlincə, Ukrayna hakimiyyəti üçün əsas prioritetlərdən biri hərbi qulluqçuların keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir. Çünki hərbi qulluqçular hər gün öz həyatlarını, sağlamlıqlarını riskə atırlar. Odur ki, biz onları ehtiyac duyduqları hər şeylə təmin etməliyik. Qida məhsullarının qiymətinin süni şəkildə artırılmasına gəlincə, əlbəttə ki, bu məsələ ilə bağlı müxtəlif manipulyasiyalar edilib. Bizdə qida məhsullarının kalori səviyyəsi ilə bağlı normativ var. Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə qalib gələn şirkətlər isə bu kalorililik səviyyəsi çərçivəsində hərbi quluqçuların qidalanması məsələsinin təşkili ilə məşğul olur. Yəni Ukrayna Müdafiə Nazirliyi qida məhsulları almır. Buna görə də Müdafiə Nazirliyini qida məhsullarını yüksək qiymətə almaqla bağlı ittiham etmək yumşaq desək, düzgün deyil. Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Ukrayna müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalov Avropasayağı yanaşma nümayiş etdirib. Yəni jurnalistlər Ukrayna cəmiyyəti üçün vacib olan bu həssas məsələni, problemi qaldırdıqdan sonra V.Şapovalov istefa ərizəsi yazıb və onun istefası qəbul edilib. Digər kadr dəyişikliklərinə gəlincə, hər bir konkert istefanın və yeni təyinatın səbəblərini araşdırmaq lazımdır. Ümumiyyətlə, Ukrayna hakimiyyətin nümayəndələrinin buraxdığı səhvlərə maksimum tez bir zamanda reaksiya verməyə çalışırıq. Belə ki, hərbi vəziyyətdə belə səhvlər qəbuledilməzdir...

Birincisi, müharibə ərəfəsində Ukrayna hakimiyyətinin bir çox nümayəndələrinin fəaliyyətinin, effektivliyinin qiymətləndirilməsi barədə kritik məqam olmuşdu. Amma müharibənin başlaması bu məsələdə dəyişikliklərə səbəb olub. Müharibə, xüsusilə hərbi əməliyyatların ilk aylarındakı, həmçinin bir il ərzindəki şəraitdə hakimiyyəti zəiflədə biləcək kadr dəyişikliklərinin həyata keçirilməsi məqsədəuyğun deyildi. Lakin Ukrayna Prezidentinə bizim komanda – Prezident komandası, Ukrayna dövlət başçısını dəstəkləyən parlament komandası hətta müasir Avropa dövlətlərinin son 50-70 ildə üzləşmədiyi bu çətin şəraitdə belə dövlətin qarşısında dayanan funksiya və məqsədləri effektiv şəkildə həyata keçirə biləcəyini nümayiş etdirib. Ukrayna dövləti mövcuddur, daha da güclənib. Bu, ilk növbədə Prezident və onun komandasının səyləri sayəsində baş verib. Amma məmur effektiv fəaliyyət göstərmədikdə, o, daha yaxşı menecerlərlə əvəz olunacaq", - o, əlavə edib.

Digər ölkələr Digər ölkələr
Çexiyanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürəcək

Çexiyanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürəcək

Digər ölkələr Digər ölkələr
Ərdoğan Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib

Ərdoğan Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib

Digər ölkələr Digər ölkələr
Bayden: “Volodimir Zelenski ilə həftədə üç-dörd dəfə danışıram”

Bayden: “Volodimir Zelenski ilə həftədə üç-dörd dəfə danışıram”

Digər ölkələr Digər ölkələr
Belçika polisi Avropa Parlamentinin binasında axtarış aparıb

Belçika polisi Avropa Parlamentinin binasında axtarış aparıb

Digər ölkələr Digər ölkələr
Almaniya kansleri: “Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür”

Almaniya kansleri: “Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür”

Digər ölkələr Digər ölkələr
Salvadorda quldur dəstələri ilə mübarizəyə əlavə 1000-dən artıq təhlükəsizlik əməkdaşı cəlb edilib

Salvadorda quldur dəstələri ilə mübarizəyə əlavə 1000-dən artıq təhlükəsizlik əməkdaşı cəlb edilib

Digər ölkələr Digər ölkələr
Aİ İranın Rusiyaya PUA verən dörd şirkətini "qara siyahı"ya salıb

Aİ İranın Rusiyaya PUA verən dörd şirkətini "qara siyahı"ya salıb

Digər ölkələr Digər ölkələr
ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

Digər ölkələr Digər ölkələr
Cənubi Koreya və ABŞ birgə aviasiya təlimlərini başa vurub

Cənubi Koreya və ABŞ birgə aviasiya təlimlərini başa vurub

Digər ölkələr Digər ölkələr
Stoltenberq Finlandiya və İsveçin NATO-ya qəbulu vaxtının çatdığını deyib

Stoltenberq Finlandiya və İsveçin NATO-ya qəbulu vaxtının çatdığını deyib

Digər ölkələr Digər ölkələr
Monqolustanda etiraz aksiyalarında 6 nəfər yaralanıb

Monqolustanda etiraz aksiyalarında 6 nəfər yaralanıb

Digər ölkələr Digər ölkələr
İran səfiri Almaniya XİN-ə çağırılacaq

İran səfiri Almaniya XİN-ə çağırılacaq