Azərbaycanın tikinti sektorunun inkişafına dair yeni kitab nəşr edilib

Azərbaycanın tikinti sektorunun inkişafına dair yeni kitab nəşr edilib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycanda tikinti: reallıqlar və inkişaf istiqamətləri” adlı kitab çapdan çıxıb.

“Birxeber.Az” xəbər verir ki, kitab inşaat sahəsinin inkişafında əvəzsiz xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Kitabda müstəqillik illərində ölkənin yüksəlişi, sosial-iqtisadi inkişafında həyata keçirilən tikinti quruculuq işlərindən bəhs edilib, həmçinin Ulu öndər Heydər Əliyevin 1969-1982, 1993-2003-cü illərdə tikinti kompleksinin inkişafındakı xidmətləri faktlarla öz əksini tapıb.

Sözügedən vəsaitdə ölkənin iqtisadi inkişafında tikinti sahəsinin rolu müxtəlif istiqamətlərdən araşdırılaraq təsvir edilib. İnşaatın sahələrarası əlaqələri, əsas kapitala investisiyaların qoyuluşu, sosial obyektlərin tikintisi və inşaat materialları istehsalı məsələlərinə dair geniş məlumat verilib. Bununla yanaşı, ötən dövr ərzində hər bir iqtisadi rayon üzrə dövlət proqramlarının icra vəziyyəti statistik rəqəmlərə istinad edilməklə göstərilib. Kitabda tikintinin təşkili və idarə edilməsi, layihə-axtarış işlərinin təkmilləşdirilməsi və maddi-texniki bazanın regional səviyyədə inkişafının sürətləndirilməsi məsələləri şərh olunub.

Kitabın müəllifi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Nuriyevdir. O, tikinti sahəsinin inkişafına dair çoxsaylı elmi əsərlərin, kitab və nəşrlərin, monoqrafiyaların müəllifidir. Vəsait tikinti sahəsində çalışan və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabı əldə etmək istəyənlər Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət edə bilərlər.

İnfrastruktur İnfrastruktur
Daşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının dəyişdirilməsi qərarına münasibət bildirib

Daşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının dəyişdirilməsi qərarına münasibət bildirib

İnfrastruktur İnfrastruktur
Heydər Əliyev Aeroportunun 2-ci terminalı beynəlxalq reyslər üçün yenidən açılır

Heydər Əliyev Aeroportunun 2-ci terminalı beynəlxalq reyslər üçün yenidən açılır

İnfrastruktur İnfrastruktur
"Silk Way West Airlines" Qırğızıstandan Azərbaycana 100 yakın təhlükəsiz daşınmasını təmin edib

"Silk Way West Airlines" Qırğızıstandan Azərbaycana 100 yakın təhlükəsiz daşınmasını təmin edib

İnfrastruktur İnfrastruktur
AZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib

AZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib

İnfrastruktur İnfrastruktur
Səftər Rəhimli: “Bu il təşkil edilən 24 yarmarkada 3 634 nəfər işlə təmin edilib”

Səftər Rəhimli: “Bu il təşkil edilən 24 yarmarkada 3 634 nəfər işlə təmin edilib”

İnfrastruktur İnfrastruktur
Sumqayıt avtovağzalının fəaliyyəti aktivləşdirilib

Sumqayıt avtovağzalının fəaliyyəti aktivləşdirilib

İnfrastruktur İnfrastruktur
“Flynas” Bakıya uçuşları bərpa edir

“Flynas” Bakıya uçuşları bərpa edir

İnfrastruktur İnfrastruktur
"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

İnfrastruktur İnfrastruktur
Baş nazir Əli Əsədov Bakı gəmiqayırma zavodunda olub, müşavirə keçirilib

Baş nazir Əli Əsədov Bakı gəmiqayırma zavodunda olub, müşavirə keçirilib

İnfrastruktur İnfrastruktur
“Zəfər Yolu”nda gecə hərəkətin təhlükəsizliyi üçün tədbirlər davam etdirilib

“Zəfər Yolu”nda gecə hərəkətin təhlükəsizliyi üçün tədbirlər davam etdirilib

İnfrastruktur İnfrastruktur
Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı endirilib - VİDEO

Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı endirilib - VİDEO

İnfrastruktur İnfrastruktur
BNA: "116 avtobusun hərəkət intervalında gecikmələr var"

BNA: "116 avtobusun hərəkət intervalında gecikmələr var"