DİM: İmtahana gələn 1 nəfərdə suçiçəyi müşahidə olunub deyə, imtahana buraxılmayıb

DİM: İmtahana gələn 1 nəfərdə suçiçəyi müşahidə olunub deyə, imtahana buraxılmayıb

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.