Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib, 2 nəfər ölüb

Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib, 2 nəfər ölüb

Gürcüstanın paytaxtı Tbilisinin Boçormi küçəsində yerləşən atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN təsdiqləyib.

Xəsarət almış daha 4 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Əraziyə polis və yanğınsöndürənlər cəlb edilib, faktla bağlı araşdırma aparılır.