FHN Şəmkirdəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Şəmkirdəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə baş verən partlayışla bağlı məlumat yayıb.

"Birxeber.Az"un xəbərinə görə, məlumatda deyilir ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

10:17

Şəmkir rayon Çaparlı kəndində 2 mərtəbəli fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə Çaparlı kənd sakini, Murad Mərdənova məxsus 2 mərtəbəli evdə qeydə alınıb.

Hadisə zamanı bir ailənin 3 üzvü - 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985 təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qazsızma nəticəsində baş vermiş partlayış səbəbindən evin hər iki mərtəbəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.