Tbilisidə atıcılıq mərkəzində partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Tbilisidə atıcılıq mərkəzində partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

12:37

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.

Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.