Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2

Şəmkirdə baş verən partlayışda xəsarət alan az yaşlı Gəncədə yerləşən uşaq xəstəxanasına aparılıb.

Birxeber.Az-nın yerli bürosu xəbər verir ki, digər xəsarət alan B.Mərdanovanın vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

***

11:14

Xəbərə foto əlavə edilib.

***

10:00

Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.