Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib

Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.

Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.