"Atletik" 40 ildən sonra yenidən İspaniya kubokunu qazanıb

"Atletik" 40 ildən sonra yenidən İspaniya kubokunu qazanıb

"Atletik" İspaniya Kral Kubokunun finalında "Malyorka"nı məğlub edib.

"Birxeber.Az" xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Qolları "Malyorka"dan Daniel Rodriges (21), "Atletik"dən Oyan Sanset (50) vurublar. Penaltilər seriyasında isə Bilbao təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.

"Atletik" tarixində 24-cü dəfə Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə mükafata 40 il əvvəl - 1983/1984 mövsümündə yiyələnib. Klub bu turnirdə qələbə sayına görə yalnız "Barselona"dan (31) geri qalır.