“Formula 1”: Yaponiya Qran-prisinin qalibi müəyyənləşib

“Formula 1”: Yaponiya Qran-prisinin qalibi müəyyənləşib

“Formula 1” üzrə Yaponiya Qran-prisinə yekun vurulub.

“Report”un məlumatına görə, mövsümün dördüncü mərhələsində qalib adını “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen qazanıb.

İkinci yeri “Red Bull”un digər sürücüsü Serxio Peres tutub. İlk “üçlüy”ü “Ferrari”dən Karlos Sayns tamamlayıb.

Qeyd edək ki, “Formula 1”in növbəti mərhələsi aprelin 19-dan 21-dək Çində keçiriləcək.