Polşada yerli seçkilər keçirilir

Polşada yerli seçkilər keçirilir

Polşada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

“Birxeber.Az” xəbər verir ki, seçkilər yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) başlayıb, 21:00-dək davam edəcək.

Ümumilikdə ölkə boyu 31 460 seçki məntəqəsəi yaradılıb. Ölkə sakinləri kənd, şəhər və voyevoda şuralarının 47 minə yaxın deputatını, eləcə də 2,5 min voyt (rayon administrasiyaların başçıları), burqomistr və mer seçməli olacaqlar. 29 milyondan çox polşalı səsvermə hüququna malikdir.

Namizədlər birinci turda azı 50 % səs toplaya bilməsələr, ikinci tur iki həftə sonra, aprelin 21-də keçirilməlidir.

Yerli seçkilər hakimiyyətə gəldikdən təxminən dörd ay sonra Baş nazir Donald Tuskun rəhbərlik etdiyi koalisiya hökuməti üçün ilk seçki sınağı olacaq.

Səsvermədən bir neçə gün öncə açıqlanan rəy sorğuları Tuskun rəhbərlik etdiyi hakim koalisiyanın partiyaları ilə onsuz da müxalifətdə olan sağçı qrup – Yaroslav Kaçinskinin rəhbərlik etdiyi Qanun və Ədalət partiyasının yan-yana yarışdığını göstərib.