Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev 1/4 finala yüksəlib

Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev 1/4 finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurlu start götürüb.

“Report” xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat Arsamerzoyevi üstələyib.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib. Yığmamızın lideri bu raundda Niurqun Skriabinlə (AİN) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.