FHN: Xaçmazda evi yararsız hala düşən vətəndaşa çadır qurulub - FOTO - VİDEO

FHN: Xaçmazda evi yararsız hala düşən vətəndaşa çadır qurulub - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Arzu qəsəbəsi sakini Vəfadar Mirzəyevə məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə Birxeber.Az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Arzu qəsəbəsi sakini V.Mirzəyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.