Polşada yerli hakimiyyət orqanlarına seçkilərdə səsvermə başlayıb

Polşada yerli hakimiyyət orqanlarına seçkilərdə səsvermə başlayıb

Polşada yerli hakimiyyət orqanlarına seçkilərdə səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.

Birxeber.Az xəbər verir ki, ölkə sakinləri kənd, şəhər və voyevoda sovetlərinin 47 minə yaxın deputatını, eləcə də demək olar ki, 2,5 min rayon administrasiyalarının başçılarını, burqomastrları və merləri seçməli olacaqlar. 29 milyondan çox polyak səsvermə hüququna malikdir.

Səsvermə saat 21:00-da başa çatır. Exit-poll məlumatları seçki məntəqələri bağlandıqdan dərhal sonra dərc olunacaq. Dövlət Seçki Şurası aprelin 10-u çərşənbə günü birləşdirilmiş seçkilərin nəticələrini açıqlaya bilər.