ABŞ Maliyyə Nazirliyi Çinlə aparılan danışıqlara münasibət bildirib

ABŞ Maliyyə Nazirliyi Çinlə aparılan danışıqlara münasibət bildirib

“Çətin danışıqları aparmaq bacarığı iki iqtisadi fövqəldövləti sabitlik təməli üzərində yerləşdirdi”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Çinin baş naziri Li Çianla görüşü zamanı bildirib.

“Son bir il ərzində biz ikitərəfli əlaqələrimizi daha stabil əsaslara qoymuşuq” deyən Yellen bunun fərqlərin nəzərə alınmaması və ya həssas mövzuların gündəmə gətirilməməsi demək olmadığını vurğulayıb. O qeyd edib ki, tərəflər tərəqqiyə yalnız açıq, birbaşa ünsiyyət vasitəsilə nail ola biləcəyini başa düşürlər.

Nazir Amerika hakimiyyətinin elektromobil, günəş panelləri və digər oxşar məhsulların istehsalında “ÇXR-in həddindən artıq gücü” təhlükəsi ilə bağlı narahatlığından danışıb. O, Vaşinqton və Pekini mürəkkəb münasibətlərini məsuliyyətlə idarə etməyə çağırıb.