KİV: Blinken Ukraynanın NATO-ya üzv olacağını vəd edərək yalan danışıb

KİV: Blinken Ukraynanın NATO-ya üzv olacağını vəd edərək yalan danışıb

ABŞ administrasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatının müttəfiq dövlətlərinin hakimiyyət orqanları yaxşı bilirlər ki, Ukraynanın alyansa daxil olması heç vaxt baş verməyəcək.

“Birxeber.Az” xəbər verir ki, bu fikir “The American Conservative” jurnalının baş redaktoru Sumantra Meytranın məqaləsində yer alıb.

Məqalədə deyilir: “ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın bir gün NATO-ya üzv olacağını təkrarladı. Bu mənasız, demək olar ki, teoloji jestdir - az qala bütpərəst himnlərin hazırlanması kimi. Blinken vədinin yerinə yetirməyəcəyini bilir. Avropalı müttəfiqlər də bunun doğru olmadığını bilirlər. Amerikalıların əksəriyyəti ya Ukrayna ilə maraqlanmır, ya da fəal şəkildə Avropa işlərinə daha çox qarışmağa qarşı çıxır.

NATO üzvlüyünü Ukraynanın qarşısında bayraq kimi sallamaq, xüsusəndə alyansın 2008-ci il Buxarest sammitindən sonra alyansa qoşulmasına icazə vermədiyi və gələcəkdə də imkan verməyəcəyi halda, çox kinli bir davranışdır.

Arqument ondan ibarətdir ki, NATO üzvləri Ukraynanı yalnız mövcud təhlükəsizlik problemini həll etdikdən, yəni müdafiəyə ehtiyac qalmayandan sonra alyansa qəbul edəcəklər. Bu, hər hansı sağlam düşüncəli insan üçün absurd səslənir.

Bu o deməkdir ki, bu həyatda təhlükəsizlik məsələsi həll olunmayacaq və ölkə ərazisində vəziyyət dondurulmuş münaqişə olaraq qalacaq. Ukrayna üçün təpələrin arxasında heç bir NATO süvariləri görünməyəcək. Bizim edə biləcəyimiz ən yaxşı şey Ukrayna və Gürcüstanı Soyuq müharibə dövründə Avstriya kimi neytral bufer zonalarına çevirməklə kompromis tapmaqdır.

Lakin bunun üçün Vaşinqtonun bəzi sərt həqiqətləri etiraf etmək və strateji düşüncə ilə yanaşı cəsarətli rəhbərliyinə ehtiyacı var”.