Hitrou hava limanında iki təyyarə toqquşub

Hitrou hava limanında iki təyyarə toqquşub

Böyük Britaniyanın Hitrou hava limanının uçuş-enmə zolağında iki təyyarə toqquşub, hadisə nəticəsində hər iki təyyarənin qanadları zədələnib.

Birxeber.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, “Virgin Atlantic 787” təyyarəsi “British Airways Airbus A350”nin qanadının ucuna dəyib.

Hitrou hava limanından qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.