Kris Hipkins Yeni Zelandiyanın baş naziri olub

Kris Hipkins Yeni Zelandiyanın baş naziri olub

Kris Hipkins çərşənbə günü Yeni Zelandiyanın baş naziri kimi and içib və səlahiyyətlərinin icrasına başlayıb.

“Report” xəbər verir ki, mərasimi “Television New Zealand” dövlət televiziyası canlı yayımlayıb.

Yeni Zelandiyanın general-qubernatoru Sindi Kiro andiçmə mərasimində müvafiq sənədləri imzalayaraq Hipkins və Karmel Sepuloninin müvafiq olaraq baş nazir və baş nazirin müavini vəzifələrinə təyin olunmasını təsdiqləyib. “Bununla təyinatınıza hüquqi qüvvə veririk, təbrik edirik”, - o, milli təhlükəsizlik və kəşfiyyat nazirinin portfelinin yeni baş nazirə verilməsini də təsdiqləyərək deyib.

Mərasimdən sonra Hipkinsin Yeni Zelandiya Nazirlər Kabinetinin hökumətin qarşıdakı aylar üçün prioritetlərini müəyyən edəcək ilk iclasını keçirəcəyi gözlənilir. Daha əvvəl o, diqqətini son 32 ilin ən yüksək səviyyəsinə (7,2%) yüksələn inflyasiya ilə mübarizəyə və pandemiyadan sonra ölkə iqtisadiyyatının bərpasına yönəltmək niyyətində olduğunu qeyd edib.

Yeni Zelandiyanın 41-ci baş naziri olmuş 44 yaşlı Hipkins əvvəllər parlamentdə təhsil naziri, dövlət qulluğu naziri və Nümayəndələr Palatasının rəhbəri vəzifələrində çalışıb. 2019-cu ilin mart ayında ona əlavə olaraq COVID-19-a qarşı mübarizə naziri və səhiyyə naziri (2 iyul 2020-ci il) vəzifələri verilib.

Digər ölkələr Digər ölkələr
ABŞ Ukraynaya təhlükəsizlik yardımı üçün məsul şəxs təyin edə bilər

ABŞ Ukraynaya təhlükəsizlik yardımı üçün məsul şəxs təyin edə bilər

Digər ölkələr Digər ölkələr
ABŞ Ukraynaya “Bradley” PDM-lərinin ilk partiyasını göndərib

ABŞ Ukraynaya “Bradley” PDM-lərinin ilk partiyasını göndərib

Digər ölkələr Digər ölkələr
Moldova və Ukrayna birgə sərhəd nəzarəti təşkil edir

Moldova və Ukrayna birgə sərhəd nəzarəti təşkil edir

Digər ölkələr Digər ölkələr
Blinken: "ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir"

Blinken: "ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir"

Digər ölkələr Digər ölkələr
Dövlət Departamenti ABŞ-ın Ukrayna münaqişəsindəki hədəflərini açıqlayıb

Dövlət Departamenti ABŞ-ın Ukrayna münaqişəsindəki hədəflərini açıqlayıb

Digər ölkələr Digər ölkələr
Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb

Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb

Digər ölkələr Digər ölkələr
Estoniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

Estoniya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

Digər ölkələr Digər ölkələr
Nigeriyada yol qəzasında 16 nəfər ölüb

Nigeriyada yol qəzasında 16 nəfər ölüb

Digər ölkələr Digər ölkələr
Ağ Evin qarşısında İran əleyhinə aksiya keçirilib

Ağ Evin qarşısında İran əleyhinə aksiya keçirilib

Digər ölkələr Digər ölkələr
Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

Digər ölkələr Digər ölkələr
İspaniya hakimiyyəti Ukrayna səfirliyindəki partlayışı terror aktı kimi qiymətləndirir

İspaniya hakimiyyəti Ukrayna səfirliyindəki partlayışı terror aktı kimi qiymətləndirir

Digər ölkələr Digər ölkələr
Almaniya müttəfiqləri ilə “Leopard”ların Ukraynaya tədarükünü müzakirə edir

Almaniya müttəfiqləri ilə “Leopard”ların Ukraynaya tədarükünü müzakirə edir