Biləsuvarda minik avtomobili aşıb, xəsarət alanlar var

Biləsuvarda minik avtomobili aşıb, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon Sarxanlı kənd sakini, 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və sərnişin qismində olan həmkəndliləri, 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- ci il təvəllüdlü Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar.

Faktla bağlı araşdırma aparılır.