Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünür

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünür

“Türkiyə viza rejiminin tətbiqi ilə bağlı Tacikistanı xəbərdar etməyib”.

“Birxeber.Az” xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi deyib.

“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə uyğun olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirir”, - Səmədi bildirib.

Qeyd edək ki, Türkiyə Tacikistan vətəndaşlarına vizasız ölkəyə girişi qadağan edib. Bu barədə fərmanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərarın səbəbləri açıqlanmayıb.