Slovakiyanın keçmiş xarici işlər naziri prezident seçkilərində qalib gəlir

Slovakiyanın keçmiş xarici işlər naziri prezident seçkilərində qalib gəlir

Slovakiyanın keçmiş xarici işlər naziri, liberal fikirlərə sahib olan İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlir.

“Birxeber.Az” xəbər verir ki, bu, Slovakiya televiziyasının təqdim etdiyi exit-poll nəticələrində göstərilib.

Ukraynaya hərtərəfli yardımın tərəfdarı olan Korçok seçicilərin 51,1%-nin dəstəyini qazanıb.

Onun rəqibi, Slovakiya Milli Şurasının (Parlament) sədri və “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini 48,9% səs toplayıb.