4 ay komada olan hərbçimiz şəhid olub - YENİLƏNİB

4 ay komada olan hərbçimiz şəhid olub - YENİLƏNİB

4 ay komada qalaraq şəhid olan hərbçimizin bu gün dəfn edilməsi nəzərdə tutulub.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlunun cənazəsi Bakı şəhərindən doğulduğu Tovuz rayonun Qarazanlı kəndində gətirilir.

Hazırda şəhidimiz yaşadığı evə kənd sakinləri və yaxınları toplaşıb.

***

11:08

19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı çəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur. O, MAXE (müddətdən artıq xidmət edən) olub.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bura barədə Birxeber.Az-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.