"Baku TV" "Startap Forumu 2024"dən reportaj hazırlayıb

"Baku TV" "Startap Forumu 2024"dən reportaj hazırlayıb

"Baku TV" “Miniboss Business School Baku”nun təşkilatçılığı uşaqlar və yeniyetmələr arasında keçirilən sahibkarlıq üzrə “Startap Forumu-2024”dən reportaj hazırlayıb.

"Report" xəbər verir ki, reportajda forum çərçivəsində müxtəlif sahələr üzrə biznes layihələri hazırlayaraq tanınmış sahibkarlar və investorlara təqdim edən uşaqlar və yeniyetmələr, eləcə də onların valideynləri tədbir barədə təəssüratlarını bölüşüblər.

Qeyd edilib ki, bu layihə müxtəlif bilik və bacarıqlara malik uşaqlar və yeniyetmələrin bir araya gəlməsinə yardım edəcək.

"Sözügedən forum artıq 4-cü dəfədir ki, keçirilir. Hər il olduğu kimi, bu il də uşaqlar öz biznes düşüncələrini təqdimat şəklində nümayiş etdirirlər. Münsiflər heyəti qarşısında çıxış edirlər. Layihələrə əsasən müvafiq maliyyə dəstəyini alırlar", - “Miniboss Business School Baku”nun təsisçisi Nərminə Həsənova deyib.

Daha ətraflı reportajda: