Azərbaycanın hotellərində orta qiymət Gürcüstan və İstanbulla müqayisədə aşağıdır

Azərbaycanın hotellərində orta qiymət Gürcüstan və İstanbulla müqayisədə aşağıdır

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com-da bir gecələmək üçün orta qiymət göstəricisi Gürcüstan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağı olub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, yanvar, fevral, mart və aprel aylarında hotellərdə orta qiymət Azərbaycanda müvafiq olaraq 87,5 manat, 102,6 manat, 133,3 manat və 131,67 manat təşkil edib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 %, 29,3 %, 43,3 % artıb və 37,7 % azalıb.

Türkiyənin İstanbul şəhərində bütün ulduz təsnifatları üzrə hotellərdə orta qiymət yanvar ayında 159,5 manat (2,8 % azalıb), fevralda 130,6 manat (14,5 % artıb), martda 138,2 manat (15,7 % azalıb) və apreldə 180,8 manat (0,5 % artıb) təşkil edib.

Gürcüstanda müvafiq olaraq orta qiymət 159 manat (34,7 % artıb), 126 manat (21,5 % artıb), 111 manat (0,1 % azalıb) və 141 manat (9,2 % azalıb) olub.