Premyer Liqa: "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib

Premyer Liqa: "Turan Tovuz" evdə "Sabah"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"Birxeber.Az"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.

Tovuz şəhər stadionunda geçəkləşən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Aleks Souza fərqlənib. 82-ci dəqiqədə isə Otto Con adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 39-da çatdıran Tovuz təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb. "Sabah" 40 xalla beşincidir.

Günün saat 20:00-da start götürəcək qarşılaşmasında "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib - 2:1. Tura aprelin 7-də yekun vurulacaq.