Avropa Olimpiya Təsnifat turniri: Mariya Stadnik olimpiadaya lisenziya qazana bilməyib - YENİLƏNİB

Avropa Olimpiya Təsnifat turniri: Mariya Stadnik olimpiadaya lisenziya qazana bilməyib - YENİLƏNİB

Azərbaycanın daha bir qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

“Report”un məlumatına görə, 35 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub olub.

Onqat Avropa və ikiqat dünya çempionu olimpiadaya lisenziya yolunda ukraynalı Oksana Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

12:42

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu start götürüb.

“Report” xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan titullu idmançı 1/4 final mərhələsini asanlıqla keçib.

Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib. Onun həmin raunddakı rəqibi ukraynalı Oksana Livaç olacaq.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.