Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakıda avtomobil təmiri sexində yanğın olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili qismən qarsalanıb.

Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.