İspaniyalı məşhur qapıçı Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır

İspaniyalı məşhur qapıçı Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Əl-Şabab" 33 yaşlı qolkiperlə maraqlanır.

Klubun ispaniyalı oyunçu ilə danışıq apardığı bildirilib.

Qeyd edək ki, 2011-ci ildən "qırmızı-şeytanlar"da çıxış edən David De Xea 2023-cü iyulunda komandadan ayrılıb.