Rusiyalı politoloq: Ermənistan Brüsseldə ən vacib sualına cavab tapa bilmədi

Rusiyalı politoloq: Ermənistan Brüsseldə ən vacib sualına cavab tapa bilmədi

Ermənistan Brüsseldə ən vacib sualına cavab tapa bilmədi.

“Birxeber.Az” xəbər verir ki, bunu Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun (MQİMO) elmi əməkdaşı, politoloq Sergey Markedonov deyib.

O bildirib ki, İrəvanın təhlükəsizliyi məsələsi hələ də havadadır.

Ekspertin sözlərinə görə, Ermənistana verilən bəzi vədlər hələ də reallaşmayıb.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell arasında görüş keçirilib. Ermənistan KİV-inin yazdığına görə, hakim "Vətəndaş Müqaviləsi" partiyası görüşün nəticəsindən narazı qalıb. Çünki Ermənistana gözləniləndən daha az maliyyə ayrılıb.