HAMAS heyəti İsrail ilə danışıqlar üçün Qahirəyə gedəcək

HAMAS heyəti İsrail ilə danışıqlar üçün Qahirəyə gedəcək

HAMAS heyəti Qəzzada vəziyyət ilə bağlı razılaşmanı müzakirə etmək üçün aprelin 7-də Qahirəyə gedəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Səfərin əsas məqsədi Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair sazişlərin bağlanması üçün gələcək fəaliyyətləri müzakirə etməkdir. Bu barədə hərəkat rəhbərliyinin nümayəndəsi məlumat verib.

"Sabah, bazar günü HAMAS nümayəndə heyəti Misir tərəfinin dəvəti ilə atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə yola düşəcək", - HAMAS rəhbərliyinin üzvü deyib.

Onun sözlərinə görə, son bir neçə saat ərzində HAMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə vasitəçilər arasında “danışıqların bərpası ilə bağlı intensiv danışıqlar” aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl “Al Hadath” telekanalı məlumat yayıb ki, gələn həftənin əvvəlində Misirin paytaxtında Qəzzada vəziyyətin nizamlanması üçün dolayı danışıqların yeni raundu başlamalıdır.

Kamilla Kazımova