XİN: Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq

XİN: Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq

Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlar ilə bağlı bəyanatına dair şərhində deyilir.

XİN rəsmisi bildirib ki, Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək.

Ayxan Hacızadə vurğulayıb ki, Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir.